Bazar, 28 Aprel

Kamal Sunal və həyat yoldaşının tikinti şirkətləri ilə bağlı xatirəsi: "Vicdanım qarşısında..?"

image

Türkiyədə baş verən zəlzələlərdən sonra inşaat şirkətlərinin və tikilən binaların etibarlılığı müzakirə edilməyə başladı. Bu mövzu ilə birgə Türk kinosunun əfsanə aktyoru mərhum sənətçi Kemal Sunalın illər əvvəl yaşadığı bir hadisə yenidən gündəmə gəlib.

Xəbər verilir ki, Sunalın həyat yodaşı Gül Sunalın bir müddət əvvəl yutub kanalına yerləşdirdiyi videoda tikinti şirkətləri ilə bağlı dedikləri yenə sosial şəbəkələrdə müzakirəyə çevrilib.

Kamal Sunalın bir tikinti şirkətindən ev qarşılığında təklif aldığını açıqlayan Gül Sunal xatirələrini belə izah edib:

"Kemala Antalyada bir tikinti şirkətinin reklam siması olmaq və qarşılığında tikəcəkləri evlərdən birini ona hədiyyə edəcəkləri təklif edilmişdi. O isə bu təklifi geri çevirib. Niyə qəbul etmədin? Antalyada da evimiz olardı dedim. Kemal isə cavabında "Gül, əgər bir gün bu evlər çöksə və insanlar reklamında olduğum üçün mənə inanıb o evləri alsalar, mən belə vəziyyətdə vicdanım qarşısında necə cavab verə bilərəm?" dedi".

Qeyd edək ki, "Yeşilçam"ın əfsanəvi aktyoru 3 iyul 2000-ci ildə film çəkilişinə getmək üçün mindiyi təyyarədə infarkt keçirərək 55 yaşında dünyasını dəyişib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39